Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar


Baxıldı : 272

Tarix : 2020-03-14 17:25:00


Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak ediblər.

Yarışda 8 komandadan 90 idmançı mübarizə aparıb.

Kişilərin mübarizəsində “Məhsul” İdman Cəmiyyətinin yetirmələri Səid Səfərli 2, Mahmud Mehdiyev isə 3 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.