Qaliblər mükafatlandırılıb


Baxıldı : 70

Tarix : 2019-02-11 04:28:44


“Azəriqaz” İstehsalat Birliyində (İB) Gənclər Gününə həsr olunan stolüstü oyunlar (şahmat, nərd, dama) üzrə yarışların qaliblərinin mükafatlandırılma mərasimi olub.

İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov mərasimdə çıxış edərək deyib ki, yarışlara fevralın 2-də start verilib və 36 iştirakçının mübarizə apardığı yarış (12 nəfər nərd, 12 nəfər şahmat, 12 nəfər dama) Olimpiya sistemi üzrə keçirilib. Sonra o, yarışların qaliblərinə Fəxri fərmanlar təqdim edib.