Qaliblər mükafatlandırılıblar


Baxıldı : 58

Tarix : 2019-01-12 06:34:31


“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 80 klubdan 612 cüdoçu müxtəlif çəki dərəcələrində mübarizə aparıb.

Ölkə birinciliyində iştirak edən “Atilla” İdman Klubu İctimai Birliyinin yetirməsi Ruslan Nəsirli (-90 kq.) respublika çempionu adına layiq görülüb. Klubun digər cüdoçuları Elşən Əsədov (-60 kq.) ikinci, Aqşin Baxşəliyev (-50 kq.) isə yeddinci olub.

Ümumi medal sayına görə İdman Klubu üçüncü yerdə qərarlaşıb.

Ölkə birinciliyinin mükafatçılarına medal, Fəxri Fərman və diplomlar təqdim olunub.