Qaliblərə medal və diplomlar təqdim edilib


Baxıldı : 162

Tarix : 2018-01-26 19:39:04


Sərhədçi İdman Olimpiya Kompleksində U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. İki gün davam edən paytaxt birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb. Yarışda “Atilla” İdman Klubunun yetirmələri də müvəffəqiyyətlə çıxış ediblər. Qızların qarşılaşmasında Klubun üç xanım cüdoçusu fərqlənib. 63 kq. çəki dərəcəsində mübarizə aparan Günel Bəkirzadə birinci, eyni çəkidə yarışan onun həmkarı Südabə Ağayeva isə ikinci sırada qərarlaşıb. Finalda məğlub olan Ramilə Əliyeva (48 kq.) da ikinci yeri tutub. 

Oğlanların mübarizəsində isə Klubun cüdoçuları Fuad Abbasov (60 kq.) birinci, Niyal Əzimov (90 kq.) ikinci olub. Heydər Hüseynov (66 kq.) və Kərim Məmmədov (81kq.) isə üçüncü yerə layiq görülüblər.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.