Qanun dəyişikliklərinin əleyhinə


Baxıldı : 175

Tarix : 2015-12-05 05:25:00


Noyabr ayının 28-29-da İtaliyanın üç ən iri nəqliyyat həmkarlar ittifaqının (USB, CUB və CAT) təşəbbüsü ilə dəmir yolu işçiləri tətil keçiriblər. Aksiya zamanı qatarlar böyük gecikmələr ilə işləyib, bəzi istiqamətlərdə isə hərəkət, ümumiyyətlə, həyata keçirilməyib.Etirazçılar hökumətin yeni qanun dəyişikliklərinin əleyhinə çıxış ediblər. Dəyişikliklər sırasında pensiya yaşının artırılması və dövlət dəmir yolu şirkətinin özəlləşdirilməsidir. Həmkarlar ittifaqlarının fikrincə, belə tədbirlər planı daşımaların təhlükəsizliyinə və keyfiyyətinə ciddi zərbə vura bilər. Elçin ZAKİRİ