Qanun etiraza səbəb olub


Baxıldı : 288

Tarix : 2015-01-10 04:32:00


Əmək bazarında vəziyyətin yaxşılaşdırılmasına dair qanun Perunun paytaxtı Limada tələbələrin etirazına səbəb olub. Konqresin təsdiqlədiyi qanun işəgötürənlərə 18-24 yaş arası işçilərin imtiyaz və əməkhaqlarını azaltmağa imkan verir. Etirazçıların fikrincə, qanun işçilərin hüquqlarını məhdudlaşdırır. Lima ilə yanaşı daha 3 şəhərdə baş tutan aksiyalarda 5 min tələbə və həmkarlar ittifaqlarının nümayəndələri iştirak edib. Qeyd edək ki, bu, Peruda son 1 ay ərzində keçirilən 3-cü analoji etiraz aksiyadır.Elçin ZAKİRİ