Qanun layihələri müzakirə edilib


Baxıldı : 234

Tarix : 2016-09-16 04:38:00


Sentyabrın 16-da Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin payız sessiyasında ilk iclası keçirilib.Komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılıb. Dəyişikliyə əsasən, sənədin 211-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasından \ peşə və vəzifələrin\ sözləri çıxarılacaq.İclasda \ Turizm haqqında\ qanun layihəsi barədə müzakirələr aparılıb. H.Rəcəbli deyib ki, layihə dünya təcrübəsinə uyğun hazırlanıb. O, turizmin inkişafının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə son zamanlar mühüm addımların atıldığını bildirib. Deputatlar, həmçinin Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında\ , Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında\ qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxıblar.İclasda 2016-cı il payız sessiyasının iş planı da təsdiqlənib.