Qanun layihələri müzakirə olunub


Baxıldı : 368

Tarix : 2015-02-28 02:40:00


Fevralın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil edir. Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirib. Milli Məclisin müvafiq qərarına əsasən, 26 fevral Xocalı soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Milli Məclisin sədr müavini Bahar Muradova vurğulayıb ki, əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, bu gün çox haqlı olaraq beynəlxalq ictimaiyyətin diqqətini bu cinayəti törədənlərin üzərinə yönəltməkdəyik və hesab edirəm ki, bu da öz müsbət nəticələrini verir. Bu onu göstərir ki, Azərbaycanın rəsmi diplomatiyası, parlament diplomatiyası, vətəndaş cəmiyyəti, ziyalılarımız, elm adamlarımız və ümumən hər kəs öz səylərini bu istiqamətə yönəltdiyi təqdirdə çox ciddi nəticələr əldə etmək mümkündür. İclasda deputatlar həmçinin Mərkəzi Bankın Azərbaycan manatının devalvasiyası ilə bağlı qərarına da münasibət bildiriblər. Ajiotaj yaratmağa ehtiyac olmadığını deyən O.Əsədovun sözlərinə görə, əhalinin banklarda olan əmanətlərinə ziyan dəyməyib. Spiker onu da qeyd edib ki, Azərbaycanın valyuta rezervləri var və biz bu rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Qiymət məsələsinə toxunan Oqtay Əsədov bildirib ki, məhsulların 70 faizi ölkə daxilində istehsal olunur və nəyə görə yerli istehsalda qiymət artımı olmalıdır? İndiki ərzaqlar məzənnə dəyişməzdən qabaq alınıb. Onların qiyməti nədən qalxmalıdır? Və buna qarşı mübarizə aparılacaq. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, dünya iqitsadiyyatında baş verən proseslər hamıya məlumdur. Neftin qiymətinin aşağı düşməsi yeni gərgin situasiya yaradıb. 2015-ci il dövlət büdcəsində neftin 1 bareli 90 dollar nəzərdə tutulub. Amma indi qiymət 60 dollar civarındadır. Bu vəziyyət ilin sonuna kimi davam edərsə, Azərbaycanın itkisi 6-7 milyard manat olacaq. Z. Səmədzadənin sözlərinə görə, manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2-2,5 milyard manat investisyadan istifadə edirdi. Ekspertlər bildirirlər ki, bu, uzun müddət davam edə bilməz. Belə bir prosesin uzun müddət davam etməsi bankın ehtiyatlarının tükənməsinə gətirib çıxarar. Mərkəzi Bankın intervensiya etdiyi valyutanın miqdarı Ermənistanın büdcəsi qədərdir. Son 10 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Bu, düzgün pul kredit siyasəti nəticəsində olub. İstəməzdim ki, indi bu siyasətə kölgə düşsün. Çünki Mərkəzi Bankın intervensiyası 10 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafına sosial inkişafda dinamizmin artmasına səbəb olubSonra gündəlikdəki məsələlərin müzakirəsi başladı.Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli \ Ünvanlı dövlət sosial yardımı haqqında\ Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və \ Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə qanun layihələrini müzakirəyə təqdim edib. \ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanuna təklif olunan dəyişikliyə əsasən, ünvanlı sosial yardımın 2 il müddətinə təyin olunması, növbəti layihədə isə \ Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında\ Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun 2015-ci il iyunun 1-dən qüvvəyə minməsi öz əksini tapıb. Hər iki qanun layihəsi təsdiq olunub. Millət vəkilləri həmçinin bir sıra qanun layihələrinə də müsbət münasibət bildiriblər. Qısa fasilədən sonra Milli Məclisin iclasında \ Elm haqqında\ qanun layihəsi ilk dəfə müzakirəyə çıxarılıb. Layihə haqqında Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verərək deyib ki, elm sahəsinin inkişafı hər zaman müstəqil Azərbaycanın əsas prioritet istiqamətlərindən biri olub: \ Son 10 ildə ölkədə elmin inkişafı sahəsində bir sıra vacib addımlar atılıb. Elm sahəsində öz həllini gözləyən problemlər az deyil. Buna görə də bu qanun layihəsinin qabulu vacibdir. Burada elm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsi məsələləri yer alıb. Cəmiyyət miqyasında qəbul olunmalıdır ki, elmsiz tərəqqi və yüksək rifah yoxdur\ .Ş.Hacıyev qeyd edib ki, qanun layihəsi hazırlanarkən bu sahədə beynəlxalq təcrübə geniş şəkildə öyrənilib və Azərbaycan reallıqlarına uyğun tətbiq edilib. Elmi nəticələrin istehsalatda tətbiqini bu sahədə müasir, innovativ yeniliklərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan müzakirəyə təqdim olunan sənədi təkmil hesab etmək olar. İstedadlı işçilərin elmə cəlb edilməsi də təqdim olunan qanun layihəsinin əsas maddələrindən birini təşkil edir. Qanun layihəsində elmi fəaliyyətin maliyyələşməsi məsələsi də çox ciddi mərhələ kimi qarşıda dayanıb. Bu məsələ ilə bağlı, demək olar ki, müəyyən ortaq məxrəcə gəlinib.Komitə sədri sonda vurğulayıb ki, elmə çəkilən xərclərin təqribən 90 faizi dövlət büdcəsi hesabına ödənilir. Bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci yerdədir.Sonra qanun layihəsinin müzakirəsinə başlanılıb. Deputat, akademik İsa Həbibbəyli belə bir qanunun hazırlanmasına ciddi ehtiyacın olduğunu deyib: \ Hökumətin həyata keçirdiyi elm siyasəti qanunvericilik şəklində əksini tapmalı idi. Ona görə də bu qanun elm siyasətini həyata keçirmək üçün hüquqi baza rolunu oynayacaq və müstəqil Azərbaycanda aparılan elm siyasətinin ana xəttini təşkil edəcək.Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov isə xalqların intellektual səviyyəsinin yüksəlməsində elmin xüsusi rolunun olduğunu vurğulayıb: \ Müzakirəyə təqdim olunan qanun layihəsi hərtərəfli nəzərdən keçirilib və çox sevindirici haldır ki, gözlənilən müddəaların hər biri sənəddə əksini tapıb.Deputat Əli Məsimli Azərbaycanda kifayət qədər güclü elmi potensialın olduğunu deyib. Onun sözlərinə görə, bu potensialı hərəkətə gətirməklə yaxşı nəticələrə nail olmaq mümkündür.Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov isə AMEA-nın ölkəmizdə elm siyasətini həyata keçirən bir qurum olmasının qanun layihəsində öz əksini tapmasını müsbət hal kimi qiymətləndirib.Çıxış edən digər deputatlar da qanun layihəsinin vacibliyini qeyd ediblər. Sonda Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, sözügedən qanun layihəsi çərçivə qanundur. Yəni gələcəkdə imkan olduqca bu qanuna əlavə və düzəlişlər etmək mümkün olacaq.Bununla da \ Elm haqqında\ qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Azər MUSTAFAYEV