Qarşıla


Baxıldı : 426

Tarix : 2015-10-09 02:23:00


Qarşılaşdığım problemlə əlaqədar dövlət orqanlarından birinə ərizə ilə müraciət etmişəm. Məktubumu xəbərnaməli göndərmişəm. Artıq 12 gündür ki, ərizəm həmin dövlət orqanına daxil olsa da, cavab yoxdur.Bilmək istəyirəm, ərizəmin cavabının belə gecikdirilməsi süründürməçilik deyilmi? Ərizələrə baxılmasının müddəti qanunlarımızda göstərilibmi?Sahilə SALAHOVA,Bakı şəhəri.-Vətəndaşların dövlət orqanlarına ərizə ilə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.Konstitusiyamızın 57-ci maddəsinin (Müraciət etmək hüququ) 1-ci hissəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.Bu müddəalar \ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında\ qanunun 1-ci maddəsində də göstərilmişdir.Məktubunuzda qeyd etdiyiniz dövlət orqanına ünvanladığınız ərizənizə adıçəkilən Qanuna əsasən cavab veriləcəkdir. Belə ki, \ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında\ qanunda müraciət etmək hüququ, bu sahədə dövlət hakimiyyət orqanlarının vəzifəli və səlahiyyətli şəxslərinin görməli olduğu tədbirlər, vətəndaşların qəbul edilməsi və müraciətlərə baxılma qaydası, bu sahədə kargüzarlığın aparılması və sair bu kimi hallarla yanaşı, müraciətlərə baxılma müddəti (maddə 10) də müəyyən edilmişdir:\ Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək, lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır\ .Deməli, ərizənin cavabının 12 gün ərzində verilməməsi heç bir süründürməçilik və qanun pozuntusu deyil. Qeyd etdiyimiz Qanunun tələbləri baxımından 15 gün ərzində verilmiş cavab gecikdirilmiş cavab sayılmır. Şəkər xəstəsiyəm. Bu əsasla məni işdən çıxarmaq istəyirlər. Xəstəliyimi əsas tutaraq mənimlə bağlanmış əmək müqaviləsi müdiriyyət tərəfindən ləğv edilə bilərmi? Belə əsas Əmək Məcəlləsində mövcuddurmu?Sənəm MƏMMƏDOVA,Şirvan şəhəri.- Əmək Məcəlləsinin 68-ci maddəsinin (Əmək müqaviləsinə xitam verilməsinin əsasları) 2-ci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:a) tərəflərdən birinin təşəbbüsü;b) əmək müqaviləsinin müddətinin qurtarması;c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;d) tərəflərin iradəsindən asılı olmayan hallar;e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi əsasları sırasında şəkərli diabet xəstəliyinə tutulma əsas kimi göstərilməmişdir. Hətta qanunvericilikdə belə xəstəliyə tutulan şəxslərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi zamanı üstünlüyü nəzərə alınmışdır. Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sırasında bu kateqoriyadan olan işçilər də yer almışdır. Maddədə qeyd edilir ki, \ işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə\ işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağandır.Lakin qanunvericilikdə bu zaman bəzi istisnalar da nəzərdə tutulmuşdur. Belə ki, 1) müəssisə ləğv edildikdə, 2) əmək müqaviləsi müddətli bağlandığı hallarında belə xəstələrlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qadağa qoyulmur.Məktubunuzda əmək müqaviləsinə xitam verilməsinin qeyd etdiyimiz bu iki halla əlaqədar olub-olmamasını bildirməmisiniz. Nəzərinizə çatdırırıq ki, müəssisə ləğv edilərsə, işəgötürən başqa işçilərlə bərabər Sizinlə bağlanmış əmək müqaviləsinə də göstərilən səbəbdən xitam verəcəkdir. Əgər bağladığınız əmək müqaviləsinin müddəti qurtarırsa, onda işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsini (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) əsas tutaraq Sizinlə bağlanmış müddətli əmək müqaviləsinə xitam verə bilər. Bu halların heç biri şəkərli diabetə tutulmanız səbəbindən əmək müqaviləsinə xitam verilməsi demək deyil. Builki əmək mızuniyyətinin müəyyən hissəsindən istifadə etməmişəm. İstifadə etmədiyim hissəni növbəti ilin əmək məzuniyyəti ilə birləşdirə bilmək mümkündürmü? Məzuniyyətin qalan hissəsi verilməyə bilərmi?Savalan ƏKBƏROV,Gəncə şəhəri.-İşçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının möhkəmləndirilməsi məqsədilə 21 təqvim günündən az olmayan əsas və qanunvericilikdə nəzərdə tutulan hallarda əlavə məzuniyyətdən istifadə etmək hüququ var. Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, istehsalın və işin normal gedişini tənzimləmək üçün əmək məzuniyyətləri növbəlilik əsasında verilir. Lakin əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Başqa vaxta keçirmə dedikdə növbədə nəzərdə tutulan aydan başqa aya, bir iş ilindən növbəti iş ilinə və ya təqvim ilinə keçirilməsi başa düşülməlidir.Əmək qanunvericiliyi həm də məzuniyyətin hissələrə bölünərək verilməsini də nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 2 təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.Əmək Məcəlləsinin 134-cü maddəsinin 5-ci hissəsində də bu haqda qeyd olunur: \ Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə olunmayan hissəsi növbəti iş ili üçün verilən əmək məzuniyyətilə birləşdirilə bilər\ .Əgər Siz əmək məzuniyyətinin istifadə etmədiyiniz hissəsini növbəti iş ilinin əmək məzuniyyəti ilə birləşdirmək istəyirsinizsə, buna işəgötürənin qarşılıqlı razılığı ilə nail ola biləcəksiniz.İşə gecikdiyim üçün müdiriyyət tərəfindən intizam tənbehi ilə cəzalandırılmışam. Deyirlər ki, bu tənbeh 6 ay qüvvədə olur. Lakin mən intizam tənbehi aldığım 4 ay ərzində əmək funksiyamı tam layiqincə yerinə yetirirəm, nizam-intizam qaydalarını pozmuram, bütün tapşırıqlara, öhdəliklərə əməl edirəm. İşəgötürən bunları nəzərə alıb intizam tənbehini vaxtından əvvəl götürə bilərmi?Fatma MUSAYEVA,Bakı şəhəri.-Qanunvericilik intizam tənbehinin növləri, verilməsi qaydası, bu tənbehi verməkdə səlahiyyətli olan vəzifəli şəxslər, tənbehin verilməsi şərtləri ilə yanaşı, intizam tənbehinin müddətini və vaxtından əvvəl götürülməsini də müəyyənləşdirmişdir.İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilir və ya onun əmri (sərəncamı, qərarı) ilə müavinlərdən birinə həvalə edilir. Verilmiş intizam tənbehinin qüvvədən düşməsinin 6 ay müddətində olması Əmək Məcəlləsinin 190-cı maddəsində göstərilmişdir. Lakin bu intizam tənbehinin vaxtından əvvəl, yəni verildiyi gündən 6 ay keçməmişdən tez götürülməsini istisna etmir. Maddənin 2-ci hissəsində deyilir ki, işçi verilmiş intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.Qeyd olunan bu xüsusatlar işinizdə mövcuddursa, intizam tənbehinin verildiyi gündən 4 ay keçməsinə baxmayaraq, işəgötürən tərəfindən ləğv edilə bilər.Qanunvericilikdə intizam tənbehinin ləğv edilməsinin daha bir qaydası da nəzərdə tutulur. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi əmək qanunvericiliyində (Əmək Məcəlləsi, maddə 185) nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir (190-cı maddənin 3-cü hissəsi).