“Qarabağ Azərbaycandır!”


Baxıldı : 41

Tarix : 2019-12-27 16:41:08


Dekabrın 24-də Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin tədris korpusunda tələbələr arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqədən əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov mövzu barədə iştirakçıları məlumatlandırıb və onların hər birinə uğur arzulayıb.

Müsabiqədə 100-ə qədər tələbə iştirak edib.

Qeyd edək ki, müsabiqənin nəticəsi olaraq 1-ci yerin sahibinə 500 manat, 2-ci yerin sahibinə 300 manat, 3-cü yerin sahibinə isə 200 manat pul mükafatı veriləcək. Tələbələrin fikirlərini ifadə etməsi üçün 90 dəqiqə vaxt ayrılıb.

Günün ikinci yarısında inşa yazıları münsiflər tərəfindən qiymətləndirilib.

Birinci yerə Aqrar iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Aygün Əliyeva və Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Peykər İbrahimova, ikinci yerə Aqrar iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Leyla Babayeva və Aqrobiznes və idarəetmə fakültəsinin ikinci kurs tələbəsi Zaur Salahov, üçüncü yerə isə Aqronomluq fakültəsinin ikinci kurs tələbəsi Orxan Məmmədov və həmin fakültənin birinci kurs tələbəsi Pərviz Hüseynzadə layiq görülüblər.

Mükafatlandırmadan sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin geniş konsert proqramı nümayiş olunub.