“Qarabağ”-ın qrup mərhələsində rəqibləri məlum olub


Baxıldı : 115

Tarix : 2018-08-31 18:34:27


Avqustun 31-də UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Monakoda keçirilən püşkatma mərasimində Avropanın 48 komandası hər birində dörd komanda olan on iki qrupa bölünüb.

Püşkatmanın nəticəsinə əsasən “Qarabağ” (Azərbaycan) E qrupunda mübarizə aparacaq. Onun rəqibləri isə  “Arsenal” (İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya) və “Vorskla” (Poltava, Ukrayna) klubları olacaq.

Püşkatma mərasimindən əvvəl UEFA Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusu da açıqlanıb. Bu nominasiyaya Fransa milli komandasının hücumçusu Antuan Qrizman layiq görülüb. UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-də start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması gələn ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azər Mustafayev