“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb


Baxıldı : 59

Tarix : 2017-08-25 23:08:45


Ağdamın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın "Parken" stadionunda "Kopenhagen" komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə minimal hesabla qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Bununla da "Qarabağ" Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.

Qeyd edək ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar Liqasında isə 60-cı oyunu olub.

Avqustun 24-də Monakoda UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Püşkatma nəticəsində qrup mərhələsində mübarizə aparacaq 32 komandanın yer aldığı 8 qrupda rəqiblər müəyyənləşib.

Azərbaycan çempionu "Qarabağ" püşkün nəticəsində "Çelsi", "Atletiko Madrid" və "Roma" klubları ilə birgə "C" qrupunda yer alıb.

Azər MUSTAFAYEV