Qarla yeni rekord


Baxıldı : 380

Tarix : 2015-02-21 04:58:00


Yaponiyada 1 saat içində rekord sayda qar adamı müqəvvalları hazırlanaraq bu sahədə dünya rekordu təzələnib.Qar müqəvvalarının hazırlanmasında 600-dən çox adam iştirak edib. Ginnesin Dünya Rekordları Komissiyası yeni rekord kimi 1 saat ərazində 1585 qar adamının hazırlanması nəticəsini rəsmən təsdiqləyib.Tədbir Tokiodan şimal-qərbdə yerləşən İiyama şəhərində keçirilib. Rekordun Ginnes Komitəsi tərəfindən qeydə alınması üçün qardan düzəldilmiş hər bir müqəvvanın boyu azı 91 sm, sifət hissəsində mimika ifadəsi və digər bu kimi şərtlər yerinə yetirilməli idi.CAVİD