Qarşılıqlı əməkdaşlıq kollektivə uğur gətirir


Baxıldı : 83

Tarix : 2017-01-06 22:29:30


Bu yaxınlarda 50 illiyi qeyd olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu elmi-tədqiqat, elmi-metodiki, yüksəkixtisaslı kadr hazırlığı sayəsində uğurlu fəaliyyətini davam etdirir. Yəqin çox insanlar bilmir ki, bizim institut dövlət üçün strateji bir əhəmiyyətli obyektdir desək yanılmarıq. Hərbi sahədə bizim verdiyimiz proqnozların isə qiyməti yoxdur. Böyük Vətən müharibəsində xalqın sönmüş ruhunu qaldırmaq üçün noyabrın 7-də Qızıl Meydanda hərbi parad keçirildi. Əgər meteoroloqların havanın buludlu olması haqqında dəqiq informasiyası olmasaydı, parad da keçirilməyəcəkdi və faşizm üzərində qələbənin təməli məhv olardı. Müasir dövrdə də bu xidmətin rolu əvəzsizdir.

ETSN Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Fərqanə Dadaşova daha sonra qeyd etdi ki, kollektivdə sağlam işgüzar münasibət hökm sürür. Bu isə nizam-intizamla yanaşı, uğurlu fəaliyyətin əsas təminatıdir.

Kollektivdə gənc kadrlara nə qədər böyük ehtiyac olsa da, müasirləşən gənclərlə işləyə biləcək və onlardan kadr kimi düzgün istifadə, eyni zamanda qayğısını çəkən, müdafiə edən yaşlı nəslin rəhbərlik etməsi çox yaxşı haldır və deyərdim ki, mütləqdir. Problemlərin həllində məhz yaşlı nəslin, müdrik insanın tövsiyəsinə, məsləhətinə böyük ehtiyac olur.

 Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev tərəfindən kollektivə xüsusi diqqət yetirilir. Gənclərin əmək müqavilələrinin bağlanması, hüquqi tərəflərinin izah olunması məqsədilə vaxtaşırı tədbirlər, seminarlar keçirilir. İnstitutun kollektivi də Respublika Komitəsinin müvafiq tədbirlərində iştirak edir, əməyin təşkili, işçilərin əmək hüquqlarının və sosial məsələlərinin hüquqi bazaları ilə tanış olurlar.

Həmkarlar ittifaqı komitəsi yeni, 20

17-ci ildə də işçilərin sosial və əmək hüquqlarının müdafiə olunmasında, layiqli əməyin təmin edilməsində öz məqsədyönlü işini davam etdirəcək.

Əhəd İBADOV