Qayğı ənənə halı alıb


Baxıldı : 176

Tarix : 2015-01-24 05:15:00


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin məsul işçiləri 20 Yanvar faciəsində və Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş kollektiv üzvlərinin ailələri ilə görüşmüşlər.Komitə sədri İsrafil Bəkirov müxbirimizlə söhbətdə bildirdi ki, ölkə rabitəçiləri xalqımızın ən ağır günlərində ön cərgələrdə olmuşlar. Azərbaycana qarşı hər hansı təcavüzün dünya ictimaiyyətinə çatdırılmasında böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirmişlər. İşçilərimiz təkcə peşə vəzifələrini yerinə yetirməklə kifayətlənməmiş, canını, qanını belə əsirgəməmişlər. Biz həmkarlar ittifaqı təşkilatı olaraq həmişə şəhid üzvlərimizin ruhunu uca tutmuş, onların xatirəsini minnətdarlıqla yad etmişik. İ.Bəkirov dedi ki, şəhidlərimizin ailələrini 20 Yanvar ərəfəsində ziyarət etməyi ənənəyə çevirmişik. Düzdür, onsuz da ilboyu ünsiyyətimiz olur. Biz gedirik, onlar gəlirlər. İstəklərini öyrənirik. Gücümüz çatandan kömək göstəririk. Bütün bunlara baxmayaraq, dediyim kimi, onlar da faciə günü ərəfəsində bizi evlərində qəbul etməyə adət ediblər.İsrafil müəllim özü deməsə də öyrəndik ki, yanvarın 15-də, İ.Bəkirov başda olmaqla, HİK nümayəndələri 16 şəhid ailəsində olublar. Özləri ilə ərzaq aparıblar. Hər bir ailəyə 200 manat dəyərində maddi yardım göstəriblər.HİK nümayəndələri ilə birlikdə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbər işçiləri də bu aksiyada iştirak ediblər.Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin məsul işçiləri 20 Yanvar faciəsində və Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş kollektiv üzvlərinin ailələri ilə görüşmüşlər.Komitə sədri İsrafil Bəkirov müxbirimizlə söhbətdə bildirdi ki, ölkə rabitəçiləri xalqımızın ən ağır günlərində ön cərgələrdə olmuşlar. Azərbaycana qarşı hər hansı təcavüzün dünya ictimaiyyətinə çatdırılmasında böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirmişlər. İşçilərimiz təkcə peşə vəzifələrini yerinə yetirməklə kifayətlənməmiş, canını, qanını belə əsirgəməmişlər. Biz həmkarlar ittifaqı təşkilatı olaraq həmişə şəhid üzvlərimizin ruhunu uca tutmuş, onların xatirəsini minnətdarlıqla yad etmişik. İ.Bəkirov dedi ki, şəhidlərimizin ailələrini 20 Yanvar ərəfəsində ziyarət etməyi ənənəyə çevirmişik. Düzdür, onsuz da ilboyu ünsiyyətimiz olur. Biz gedirik, onlar gəlirlər. İstəklərini öyrənirik. Gücümüz çatandan kömək göstəririk. Bütün bunlara baxmayaraq, dediyim kimi, onlar da faciə günü ərəfəsində bizi evlərində qəbul etməyə adət ediblər.İsrafil müəllim özü deməsə də öyrəndik ki, yanvarın 15-də, İ.Bəkirov başda olmaqla, HİK nümayəndələri 16 şəhid ailəsində olublar. Özləri ilə ərzaq aparıblar. Hər bir ailəyə 200 manat dəyərində maddi yardım göstəriblər.HİK nümayəndələri ilə birlikdə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbər işçiləri də bu aksiyada iştirak ediblər.Ə.İBADOV