Qayayadırmanma üzrə açıq ölkə çempionatı keçirilib


Baxıldı : 37

Tarix : 2017-10-06 23:35:50


Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında qayayadırmanma üzrə açıq ölkə çempionatı keçirilib.

Kişilər və qadınlar arasında üç mərhələdə baş tutan ümumrespublika yarışının qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, ADEİNFA və FAİREX-in kubok və medalları təqdim olunub.

Qeyd edək ki, yarışda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Ekosport" İdman Klubunun  üzvləri də iştirak edib. Kişilər arasında "çətinlik" növü üzrə qayayadırmanma yarışının nəticəsinə görə Zöhrab Şahbalayev ikinci olub. O, kişilər arasında "sürət" növü üzrə qayayadırmanma yarışında isə daha uğurla çıxış edərək birinci yeri tutub.

Azər MUSTAFAYEV