Qayda pozan sürücülərin maarifləndirilməsi...


Baxıldı : 223

Tarix : 2016-04-15 06:21:00


Bu gün Bakı küçələrində müasir standartlara cavab verən yeraltı və yerüstü avtomobil dayanacaqları inşa olunur. Xüsusi parkomatların quraşdırılmasına baxmayaraq, bəzi şəxslərin öz avtomobillərini səkilərdə, avtobus dayanacaqlarında necə gəldi park etmələri bütün yol hərəkəti iştirakçılarına ciddi maneələr yaradır, təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Mövzu ilə bağlı \ Qanunsuz Parklamalara Qarşı Mübarizə\ İctimai Hərəkatının rəhbəri İskəndər Quliyevin fikirlərini öyrəndik. O, öncə paytaxt yollarındakı hazırkı vəziyyət haqqında danışdı: \ Mərkəzi küçələrdəki tıxaclar, qanunsuz parklamalar, baş verən yol-nəqliyyat hadisələri vəziyyətin qənaətbəxş olmadığını göstərir. Fikrimcə, yollarda qəzaların sayının artması ilk növbədə cəmiyyətin mənəvi-psixoloji durumundakı mövcud ciddi problemlər, eləcə də sürücülük mədəniyyətinin çox aşağı səviyyədə olması ilə bağlıdır. Nəticə etibarilə sükan arxasında səbirsizlik, psixoloji gərginlik nümayiş etdirənlər digər sürücülərə də pis örnək olurlar. Onlar özləri də bilmədən mənfi enerjilərini yol hərəkətinin digər iştirakçılarına ötürürlər\ .İ.Quliyev deyib ki, işə gedən hər bir vətəndaşı narahat edən məsələ avtomobilini harada park edəcəyi ilə bağlıdır. Bu nöqteyi-nəzərdən Bakıda parklama prosesinin təkmilləşdirilməsi çərçivəsində parkomatların quraşdırılması vaxtında verilmiş düzgün qərardır. Nəzərə alsaq ki, hər il ölkəyə xeyli sayda avtomobil gətirilir və bunun da çox hissəsi paytaxtda cəmləşib, onda məsələnin nə qədər gərgin olduğu məlum olur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə mövcud olan 1,2 milyon avtomobilin təxminən 700 mini Bakı şəhərindədir və bunun da 500 mindən çoxu şəxsi minik avtomobilidir. Bu da paytaxtda avtomobillərin 60 faizinin cəmləşməsi deməkdir: \ Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət Yol Polisi İdarəsinin birgə həyata keçirdiyi yenilik sayəsində paytaxtın bir sıra mərkəzi küçələrində qanunsuz parklama ilə bağlı problem aradan qalxıb. Şəhərin küçə və prospektlərində nə qədər çox park yerləri olsa, yol-nəqliyyat hadisələrinin sayı da bir o qədər azalar. Nəticədə biz vətəndaşların da avtomobil park etməklə bağlı qayğısı azalmış olar. Odur ki, bu sahədə işlər davam etdirilməlidir\ .Yol-nəqliyyat hadisələrinin sayını azaltmaq və yollarda təhükəsizliyin təmini istiqamətində görülən işlərdən danışan İ.Quliyev qeyd etdi ki, bu, indi də davam edir. Rəngi solmuş piyada zolaqları yenidən rənglənir, yol hərəkəti sxemində bəzi yeniliklər tətbiq olunur, hərəkətin gur vaxtı paytaxtın bir çox küçə və prospektlərində nəzarət gücləndirilir, yeraltı və yerüstü parkinqlər, piyada keçidləri tikilir və s. Həyata keçirilən bütün bu tədbirlər paytaxt yollarındakı vəziyyətə müsbət təsirini göstərir.İ.Quliyev \ Qanunsuz Parklamalara Qarşı Mübarizə\ İctimai Hərəkatı və \ Azadİnform\ İnformasiya Agentliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdikləri layihə haqqında da məlumat verdi: \ Bu layihə çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək. KİV-in nümayəndələrinin də iştirak edəcəyi reydlər zamanı baş verənlər mediada öz əksini tapacaq. Layihənin sonunda isə bu ilin may ayının 29-da maarifləndirmə işində fəal iştirak edən DYP əməkdaşlarının mükafatlandırılması mərasimi keçiriləcək\ . Sonda sədr maarifləndirmə işlərinin aparılmasının vacibliyini də vurğuladı: \ Şəxsən mən düşünürəm ki, bu, təkcə yol polisinin öhdəsindən gələ biləcəyi iş deyil. Maarifləndirmə və təbliğat işinə hər bir vətəndaş qoşulmalıdır. Yol mədəniyyətimizi nümayiş etdirdiyimiz və taleyimizin həll olunduğu yerdir. Bu gün yollarda baş verənlərə biganə qalmaq olmaz. Odur ki, qayda pozan sürücüləri məlumatlandırmaqla biz həm də özümüzün, doğmalarımızın həyatını sığortalamış oluruq\ .Aliyə SƏMƏDOVA