Qaydalar sərtləşdirilməlidir


Baxıldı : 303

Tarix : 2015-01-31 03:00:00


\ Xarici ölkələrdən Azərbaycana işləməyə gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir\ . Bu barədə Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında \ Əhalinin sağlamlığının qorunması haqqında\ qanuna ediləcək dəyişikliyin müzakirəsi zamanı komitənin sədr müavini Musa Quliyev deyib.Onun sözlərinə görə, əhaliyə xidmət etmək üçün Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb: \ Bu gün Azərbaycandakı bəzi özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. Çünki İranda diş həkimi olan biri özəl tibb müəssisələrində ginekoloq işləyir. Hesab edirəm ki, bu hal yolverilməzdir. Ona görə Dövlət Miqrasiya Xidməti bu işlə ciddi məşğul olmalıdır, Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir. O həkim kadrı Azərbaycana gəlməlidir ki, həmin ixtisaslara bizdə ehtiyac olsun\ .AZƏR