Qayğı inamı artırır


Baxıldı : 353

Tarix : 2020-07-27 04:46:19


 

Aqrar Elm və İnnovasiya Mərkəzi Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin iclası olmuşdur.

Yarımilin yekunlarına və fəaliyyət hesabatının müzakirəsinə həsr olunmuş iclasda Rəyasət Heyətinin üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də tabeli qurumların - Əkinçilik Elmi Tədqiqat İnstitutunun, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun, Baytarlıq və Elmi Tədqiqat İnstitutunun rəhbərləri, həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər. 
Məruzə ilə çıxış edən HİK sədri Talıb Hüseynov təşkilatın sıralarında 1700-dən çox üzvün birləşdiyini vurğuladı. Dedi  ki, işçilərin hüquqlarının qorunması, sosial-məişət problemlərinin həlli, onların istirahətlərinin təşkili, bir sözlə rifahlarının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Ötən dövr ərzində ittifaq üzvlərinin istirahətlərinin təşkili, asuda vaxtlarında idman yarışlarının keçirilməsi, mükafatların verilməsi təşkilatımıza inamın artmasına səbəb olub.
Pandemiya ilə mübarizə çərçivəsində komitənin təşkilatçılığı ilə aztəminatlı ailələrə və ehtiyac sahiblərinə maddi və ərzaq yardımlarının edilməsi, mərkəzi aparat işçilər üçün COVID-19 testinin təşkili də diqqətdən yayınmayıb.
Sədr həmçinin son aylarda keçirilən “İlin kümçüsü” və yaxın günlərdə təşkil ediləcək “Aqrar sahədə ilin gənc alimi” müsabiqələrinin əhəmiyyəti barədə məlumat verilmişdir.
Çıxış edənlər həmkarlar ittifaqının fəaliyyətini yüksək qiymətləndirmişlər.