Qazilər və şəhid ailələri  AHİK-də qəbul olundu


Baxıldı : 448

Tarix : 2019-12-27 17:07:22


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, aparılan köklü islahatlardan bəhs edib.

AHİK-in əhalinin həssas təbəqəsinin sosial müdafiəsi ilə bağlı gördüyü işləri diqqətə çatdırıb. 

 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri əhalinin həssas təbəqələrinə göstərilən diqqət və qayğıya, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçıların hər birinə maddi yardım edilib.