Qəlbimizdə əbədi yaşayacaqlar


Baxıldı : 250

Tarix : 2017-01-18 22:14:19


Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 147 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı, 800-dən çox adam qanunsuz həbs edildi. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Yanvar faciəsinə ilk dəfə dünya miqyasında eşidilə biləcək etiraz səsini ümummilli lider Heydər Əliyev qaldırdı. Özü də imperiyanın göbəyində - Moskva şəhərində. 1990-cı il noyabrın 21-i Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə dair tarixi qərar qəbul olundu. Ümummilli lider ikinci dəfə Azərbaycan Respublikasında hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi qiymət verildi.