Qələbə xəbəri gözləyirik


Baxıldı : 36

Tarix : 2020-10-17 14:00:30




Oktyabrın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi  Goranboyun “N” saylı hərbi hissəsinə sovqat aparıb. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən ordumuza dəstək məqsədilə həyata keçirilən təşəbbüsə tələbələr böyük həvəslə qoşulublar. Yığılan vəsaitlə hərbi hissənin şəxsi heyətinə isti geyimlər, ərzaq məhsulları alınıb, erməni işğalçıları ilə döyüşən əsgərimizə mənəvi dəstək göstərilib.  Hərbçilərlə görüşən THİK sədri Bayram Aslanov, sədr müavini Şahmar Rəfili, Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov, sektorun əməkdaşı Araz Əhmədov, Mətbuat və informasiya şöbəsinin əməkdaşı Əhməd Hüsiyev və bir qrup aktiv tələbə hər zaman ordumuzun yanında olduqlarını, tezliklə onlardan qələbə xəbərlərini gözlədiklərini  dilə gətiriblər. 
Qeyd edək ki, Ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başladığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad olunacaq.