Qələbənin yarısı inamdan gəlir


Baxıldı : 40

Tarix : 2020-10-17 14:37:49



“Bilirsiniz ki, Ağdam düşmən tərəfindən ən çox atəşə məruz qalan rayonlardan biridir. Ancaq bütün bunlara baxmayaraq, əhali heç vaxt ümidsizliyə qapılmır. Çünki insanlarımız qələbə ruhuna yükləniblər”. Bunu “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının Ağdam Rayon Komitəsinin sədri Rahibə Süleymanova qəzetimizə verdiyi müsahibəsində bildirdi. Dedi ki, hər kəs öz evində, həyətində, işindədir: “Heyvanı olan heyvanını otarır, əkini olan əkini ilə məşğul olur. Atəş səsi eşitdikdə isə tez heyvanın otunu, suyunu qabağına qoyub rayonun daha təhlükəsiz yerlərinə gedirlər. Atışma səsləri dayanan kimi də yenidən evlərinə qayıdırlar. Onu da qeyd edim ki, qələbənin yarısı inamdan gəlir, bizim ordumuza sonsuz güvənimiz əsgərlərimiz üçün də mənəvi dəstəkdir”.
Sonda sədr tələfat və dağıntılar barəsində də məlumat verdi. Bildirdi ki, döyüşlər başlayandan bu günədək 7 nəfər mülki şəxs həlak olub. 33 nəfər yaralanıb, 520-dən çox ev tamamilə yararsız hala düşüb, 12 böyük obyekt isə dağıdılıb.