Qələmlə yazmaq


Baxıldı : 79

Tarix : 2017-06-21 21:40:06


Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir. Norveç alimləri belə bir nəticəyə gəliblər ki, qələmlə yazan uşaqlar klaviaturadan istifadə edənlərə nisbətən daha yaxşı oxuyurlar. Onlar bildiriblər ki, qələm və kitabdan kompüter monitoru və klaviaturasına keçəndə, beynin inkişaf prosesində nəsə itir. Çünki oxumaq və yazmaq bizim bir neçə hisslərimizi inkişaf etdirir.

Qələmlə yazanda hərəkətlər əsasında beyin hərf və onların yazılardakı düzülüşünü yadda saxlamağa kömək edir. Klaviaturadakı düymələri basmaqla isə beyin bu mexanizmi yadda saxlaya bilmir. Alimlər iki qrup könüllü arasında bilmədikləri əlifba vasitəsilə bu təcrübəni sınamağa cəhd göstəribər. Qruplardan biri hərfləri qələmlə, digəri isə klaviaturadan istifadə etməklə yazıb. Bir müddət sonra aparılan araşdırmadan aşkar olub ki, qələmlə əlifba öyrənənlər klaviaturada yazanlardan daha yaxşı qavrama və yadda saxlama qabiliyyətinə malikdirlər.

 

Azər MUSTAFAYEV