Qərar çalışanları işəgötürən qarşısında müdafiə edəcək


Baxıldı : 252

Tarix : 2018-02-03 23:05:20


Kanada Ali məhkəməsi müəllimlərin və digər sosial xidmət işçilərinin lehinə qərar verib. Britiş Kolumbiya Müəllimlər Federasiyası (BKMF) tərəfindən Kanadanın Britiş Kolumbiya əyalətində məhkəməyə təqdim olunan sənəddə təhsil və tibb sektorunda müştərək müqavilələrin yenilənməsi ilə bağlı maddələr yer alıb. Kanada hökuməti ötən il verilən qərarla müştərək müqavilələrin ləğv edildiyini açıqlamışdı. Kanada Müəllimlər Federasiyasına bağlı olan BKMF və digər sektorların həmkarlar təşkilatlarının  etirazı ilə məsələ Ali məhkəmədə öz həllini tapıb. Alınan qərarda  işçilərin həmkarlar təşkilatlarına üzv olması, müştərək müqavilənin şərtlərinin işəgötürən qurum tərəfindən təmin edilməsi və sair  məsələlər qeyd olunub.

Məhkəmənin qərarına münasibət bildirən həmkarlar təşkilatı nümayəndəsi Daniel Lafrenier bildirib ki, bu, təkcə təhsil işçilərinin qələbəsi deyil. Yeni təsdiqlənən müştərək müqavilələr sosial sektorda çalışanların işəgötürən qarşısında hüquqlarını müdafiə edəcək.

Cavid SƏFƏROV