Qərar problemlərin artmasına səbəb olacaq


Baxıldı : 82

Tarix : 2017-04-29 00:23:28


Böyük Britaniyada hökumətin qərarı ilə əmək müfəttişlərinin sayının 25 faizə qədər azaldılmasına "Unite" Həmkarlar İttifaqı etiraz edib. Bu qərarın bütün sektorlarda əməyin təhlükəsizliyinin yoxlanılmasına mənfi təsir edəcəyi bildirilib. "Unite"nin katibi Qail Kartmeil məsələ ilə bağlı deyib ki, bu, ilk ixtisar qərarı deyil. 2010-cu ildən 2016-cı ilin dekabrına qədər qanunvericilikdə edilən dəyişikliklərlə əmək müfəttişlərinin səlahiyyətləri azaldılmış və onların müəyyən hissəsi (25 faizə yaxın) işdən çıxarılmışdır: "Əmək müfəttişliyi işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasında önəmli rola malikdir. Bu vəzifədə çalışanlar əmək qanunvericiliyini pozan işəgötürənlərlə üz-üzə gəlir, həyati təhlükə yaşayırlar.

Gəlirlərin artırılması məqsədilə müfəttişlərin sayının azaldılması həm onların iş yükünü artıracaq, həm də əməyin mühafizəsində problemlərin artmasına səbəb olacaq. Qanunvericilikdə nəzərdə tutulan dəyişiklik iş yerində həmkarların fəaliyyətini dəstəkləsə də, əmək müfəttişlərinin səlahiyyətlərinin azaldılmasına gətirib çıxarır.

Cavid Səfərov