Qeyri-formal məşğulluqla mübarizə ağır döyüşdür


Baxıldı : 162

Tarix : 2015-12-05 05:26:00


Mərakeşdə işçilərin hüquqlarının müdafiəsini nəzərdə tutan qanunvericiliyin qəbul olunmasına baxmayaraq, qeyri-formal məşğulluq sürətlə artır. \ İndustriALL\ Qlobal Birliyinə üzv olan ölkənin həmkarlar ittifaqı təşkilatları minlərlə müvəqqəti işçinin daimi məşğulluğunu təmin edərək bu halla dayanmadan mübarizə aparır.Mərakeşdə icarə əməyi və qısamüddətli müqavilə əsasında çalışan insanların rəsmi sayı barədə məlumat yoxdur. Bununla belə, ölkə həmkarlar ittifaqları məşğulluğun bu formalarının tətbiqinin genişləndirilməsi barədə xəbər veriblər və 2008-ci ildən 2013-cü ilədək sosial təminat güzəştlərindən istifadə edən müvəqqəti işçilərin sayının 2 dəfə artması bunu təsdiq edir.Noyabr ayında Mərakeş həmkarlar ittifaqları qeyri-standart məşğulluğa qarşı mübarizənin koordinasiya yollarını müzakirə etmək üçün Kasablanka şəhərində görüş keçirmişdilər. Görüşdə bir sıra məsələlər müzakirə olunmuşdur. Bildirilmişdir ki, mövcud əmək məcəlləsinə uyğun olaraq müvəqqəti məşğulluq müstəsna hallarda tətbiq edilə bilər. Ölkədə qeyri-formal məşğulluğun qanunsuz tətbiqi aşkar pozuntu sayılır və həmkarlar ittifaqları bu hallar barədə məlumatların toplanmasını zəruri hesab edir. Çünki bu təqdirdə konkret faktlara əsaslanaraq pozuntuları qınamaq imkanlarına malik ola bilərlər.Kasablankadakı görüş zamanı ölkənin həmkarlar ittifaqları qeyri-formal məşğulluğa qarşı mübarizə aparan misirli və tunisli məsləkdaşları ilə təcrübə mübadiləsi aparmışdılar.\ İndustriALL\ ın üzv təşkilatları şirkətlər səviyyəsində qeyri-formal məşğulluqdan istifadənin məhdudlaşdırılması və müvəqqəti müqavilə əsasında işə götürülən işçilərin müddətsiz əmək müqavilələri ilə çalışmaqlarına dair tədbirlər görüblər.2010-cu ildən Mərakeşdə avtomobil sənayesində istehsalın həcminin artması ilə əlaqədar şirkətlər və tədarükçülər qısamüddətli müqavilə şərtləri əsasında yüzlərlə insanı işə götürüblər. Bundan başqa, onlar məşğulluq xidməti agentliklərinə də müraciət edirlər.Mərakeş Əmək Birliyinin məlumatına görə, avtomobil şirkətlərində fəaliyyət göstərən yerli həmkarlar ittifaqı təşkilatları gərgin kollektiv danışıqların gedişində icarə əməyi və qısamüddətli müqavilə əsasında çalışan 500-dən çox insanı tədricən daimi məşğulluq formasına keçiriblər. Bunun nəticəsində işçilər tibbi sığorta və güzəştlərdən istifadə edə biliblər. Onu da qeyd etmək lazımdır ki, müvəqqəti işçilərin əksəriyyəti yalnız minimum əməkhaqqı alırdılar. Danışıqlar prosesi davam edir və həmkarlar ittifaqları daha 220 müvəqqəti işçini müddətsiz əmək müqavilələri ilə təmin etməyi planlaşdırır.Fosfat Sənayesi İşçilərinin Milli Həmkarlar İttifaqından (SNTP) bildiriblər ki, 2008-ci ildən 2014-cü ilədək uğurlu kollektiv danışıqların nəticəsində autsorsinq şərtləri ilə işə götürülmüş 2400 nəfərin müddətsiz əmək müqavilələrinə keçirilməsi mümkün olub.\ Managem\ şirkətlər qrupuna məxsus şaxtalarda Energetika və Kömür Sənayesi İşçilərinin Milli Həmkarlar İttifaqı Birliyi (SNEM) uzun illər müvəqqəti işçi statusu verilmiş 120 nəfərin daimi məşğulluq formasına keçirilməsi haqqında uğurlu danışıqlar aparmışdır. Eləcə də şirkətə aid gümüş mədənində həmkarlar ittifaqları kollektiv danışıqlar zamanı istehsalla bağlı işlərdə autsorsinqın istənilən növünə qadağa qoyulmasına nail ola bilib.Mərakeş həmkarlar ittifaqları qeyri-formal məşğulluq şəraitində çalışan insanların müdafiəsi üçün alternativ strategiya hazırlaya bilmişlər. Energetika İşçilərinin Milli Həmkarlar İttifaqı Federasiyası, eləcə də SNEM və SNTP şirkətlər və onun subpodratçıları arasında bağlanan kommersiya müqavilələrinə işçilərin hüquqlarını müdafiə edən müddəaların salınmasına müvəffəq olublar. Bura birləşmək azadlığı hüququna hörmətlə yanaşılması, əmək məcəlləsi və əməyin mühafizəsi normalarına riayət olunması, təhlükəsizlik, sosial təminat sistemində işçilərin məcburi qeydiyyatı, əməkhaqqının ölkə səviyyəsində müəyyən edilmiş minimumdan aşağı olmaması aiddir.Görüş zamanı həmkarlar ittifaqları qeyri-formal məşğulluğa qarşı mübarizənin aparılması və bu məsələnin növbəti iclaslarda müzakirə edilməsinə razılaşıblar.\ İndustriALL\ ın baş katibinin müavini Kamal Özkan bildirib ki, işəgötürənlərin Mərakeşdə daimi məşğulluğun zəifləməsinə yönəlmiş yorulmaz səylərinə baxmayaraq, həmkarlar ittifaqı təşkilatları kollektiv danışıqların yolu ilə bir çox şirkətlərdə qeyri-formal məşğulluğun genişləndirilməsinin qarşısını ala biliblər. Bu, gözəl nailiyyətdir. Bununla belə, qeyri-formal məşğulluqla mübarizə ağır döyüşdür. Biz daha qətiyyətlə üzv təşkilatlarımızın çağırışını dəstəkləyəcəyik. Eləcə də onların bu sahədə gələcək mübarizəsini alqışlayırıq.Elçin ZAKİRİ