Qeyri-müəyyənlik narahatlıq doğurur


Baxıldı : 31

Tarix : 2017-10-06 23:57:30


Türkiyədə keçirilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa Regional Toplantısında baş katib Qay Rayder  iş sisteminin gələcəyi və bu yöndə atılmalı olan addımlar barədə danışıb. 3 gün davam edən regional toplantıda texnoloji yeniliklər, qloballaşma, miqrasiya və digər iş sisteminin gələcəyinə təsir edən amillər müzakirə olunub. Qay Rayder çıxışında deyib ki, iş dünyasında  yaşanan qeyri-müəyyənlik bizi narahat edir: “Nikbin, yaxud bədbin olmaqdansa hər birimiz qərarlılıq duyğusu ilə bir araya gəlməliyik. Bu dövrdə passiv şəkildə dayanmayaraq iş sisteminin gələcəyini şəkilləndirən əsas memarlar biz olmalıyıq.  BƏT son 100 ildə əmək sistemində baş verən dəyişikliklərdə heç bir zaman izləyici olmadı. Bu yöndə əlimizdən gələni etdik və edəcəyik".

Qeyd edək ki, 4 ildən bir təşkil olunan BƏT-in Avropa Regional Toplantısı Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və həmkarlar ittifaqı təşkilatlarını bir araya gətirir.

Cavid SƏFƏROV