Qeyri-qənaətbəxş iqtisadi vəziyyətin nəticəsi


Baxıldı : 256

Tarix : 2015-01-10 04:36:00


\ Volkswagen\ avtomobil konserninin Braziliyadakı filialının 7 mindən çox işçisi ölkənin Metal Emalı Sənayesi İçşiləri Həmkarlar İttifaqı tərəfindən elan olunmuş müddətsiz tətilə dəstək verib. Buna səbəb 800 nəfər işçinin ixtisar edilməsi olub. Tətil nəticəsində zavodların birində fəaliyyət tamamilə dayandırılıb.Şirkət rəhbərliyinin verdiyi məlumata görə, işdən azad olunma ölkədə qeyri-qənaətbəxş iqtisadi vəziyyətlə əlaqədərdir. 2014-cü ilin yekunlarına görə, \ Volkswagen\ markalı yeni istehsal olunmuş avtomobillərin Braziliyada satışı 7% azalıb. Konserndən bildirilib ki, xərclərin azaldılması gələcəkdə də davam etdiriləcək.Elçin ZAKİRİ