Qiymət artımının qarşısı alınacaqmı?


Baxıldı : 134

Tarix : 2016-11-14 17:20:00


Ərzaq Məhsullarının Tədarükü və Təchizatı\ Azad Səhmdar Cəmiyyəti tərəfindən bazarda dövlət ehtiyat ərzaq fondları yaradılacaq. Cəmiyyət süni qiymət artımının qarşısını almaq üçün topdan və pərakəndə satış bazarları açmağı planlaşdırır. ASC - nin nümayəndəsi Xaliq Məmmədov mətbuata açıqlamasında deyib ki, əgər bazarlarda məhsulların qiymətinin süni şəkildə artımını müşahidə etsək, müdaxilələr həyata keçirəcəyik. Yəni məhsulları bazara daxil edərək təklifi artıracağıq və bu yolla qiymətlər aşağı düşəcək. İri şəhərlərdə mövsümi xarakterli meyvə və tərəvəzlərin daha ucuz qiymətə və çevik şəkildə əhaliyə çatdırılması ilə bağlı korporativ ticarət şəbəkəsinin qurulması planlaşdırılır. Əsasnaməmiz bizə topdan və pərakəndə satış bazarlarını yaratmağa imkan verir. Biz bu imkandan istifadə edərək paytaxtda və şəhərlərdə bazarlar açaraq əhaliyə daha ucuz qiymətə məhsul təqdim etməyi planlaşdırırıq. \ Səhmdar Cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsullarının alış qiymətləri topdansatış qiymətlərindən aşağı olmayacaq\ . Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov bildirib. O qeyd edib ki, məhsulların qiymətləri 3 aydan bir İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təsdiq etdiyi qiymətlər əsasında formalaşacaq və \ Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı\ elektron portalında yerləşdiriləcək. Hər bir istehsalçı və satıcı məhsulların satış qiymətini portalda görə biləcək.İqtisadçı-ekspert Samir Əliyev \ Ülfət\ qəzetinə müsahibəsində bildirib ki, qiymət artımına səbəb xaricdən gətirilən mallar və dolların qalxmasıyla qiymətlərin ona uygunlaşdırılmasıdır. Araşdırmalar göstərir ki, kənd təsərrüfatında ən az qazanc əkinçiyə qalır, ən çox qazancı isə vasitəçi götürür. Bu vasitəçiliyi aradan qaldırmaq lazımdır. Əgər düzgün təşkil olunarsa, bazarların yaradılması qiymət artımının qarşısını almağa müsbət təsir göstərəcək. Bundan başqa, ərzaq məhsullarına tətbiq olunan gömrük və vergi rüsumlarında güzəştlər tətbiq etməklə irəliləyişə nail oluna bilər.ƏSLİ