Qiymət ucuzlaşıb


Baxıldı : 370

Tarix : 2015-01-17 13:16:00


2014-cü ilin son ayında torpaq bazarında təklif portfeli azalaraq 248 ədəd təşkil edib. Buna da səbəb qeyri-mövsümi aylarda torpaq bazarında aktivliyin və qiymətin nisbətən azalmasına gətirib çıxarıb. \ MBA Consulting Group\ şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 2,38% artıb. Dekabr ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti -2,77% azalaraq 19.476 dollar/sot səviyyəsindən 18.937 dollar/sot səviyyəsində qərarlaşıb. Bakı şəhəri rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu və Səbayel rayonlarında qeydə alınıb: 6,51%, 7,44% və 5,46%. Ümumilikdə torpaq bazarında qiymət azalması olmasına baxmayaraq, Abşeron rayonunda torpağın qiymətində artım qeydə alınıb. Dekabr ayı üçün torpaq bazarında, Abşeron rayonu istisna olmaqla, digər rayonlarda passivlik müşahidə edilib. Ən passiv rayonlar şəhərin I və II zonalarında yerləşən rayonlar olub. Bunu mərkəzi rayonlarda torpaq qıtlığının yaranması ilə izah etmək olar. Onu da qeyd edək ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı artır, bu isə şəhərin mərkəzindən kənar torpaq sahələrinin qiymətinin artmasına səbəb olur.Xalid AZƏR