Qiymətlər düşsə də satış artmır


Baxıldı : 420

Tarix : 2015-10-23 03:12:00


Mənzil bazarındakı durğunluq tikinti materialları bazarından da yan keçməyib. Ekspertlər bildirirlər ki, manatın devalvasiyasından sonra baş verən qiymət artımları bazara öz təsirini göstərməkdədir. Hətta qeyd olunur ki, parlament seçkilərindən sonra tikinti məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin çoxu qiyməti yenidən qaldıracaq. Hazırda isə bazarda alıcı sayının azalması müşahidə olunur. Elə firmalar var ki, qiymətləri cüzi qaldırıblar, amma bu, yenə də satışın həcminin artmasına heç bir təsir etmir. Firma rəsmisinin bildirdiyinə görə, satışın azalmasına təsir edən başlıca amillərdən biri tikinti işlərinin zəifləməsidir. Son 7-8 ay ərzində bütün sahələrdə olduğu kimi, tikinti materialları sahəsində də işlər durğun keçir. Əlbəttə, bu, şirkətin mənfəətinə də pis təsir göstərir. Belə ki, hazırda tikinti işləri zəifləyib, buna görə də məhsullarımızın satışı da aşağı düşüb. Bu bizə bir sıra çətinliklər yaradır. Məlumdur ki, şirkətdə xeyli işçi işləyir, bir sıra xərclərimiz var.Tikinti sektorunda qiymətlər aşağı düşsə də, satış da azalıb. Sement istehsalı ilə məşğul olan başqa bir şirkət isə qeyd edib ki, alıcılıq qabilliyyəti zəifləsə də, şirkətlər arasında rəqabət çox güclüdür. Dünyada baş verən iqtisadi böhran ölkəmizdə bütün sahələrə, o cümlədən tikinti sektoruna da öz təsirini göstərir. Qiymətlər aşağı düşür. Bugünkü gün Azərbaycanda istehsal edilən sementin miqdarı daha çoxdur, nəinki ona tələbat.Mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu dəqiqə bazarda sakitçilikdir. Bir tərəfdən bazar üçün qeyri-mövsümi aylardır, digər tərəfdən isə tikintinin həcmi xeyli aşağı düşüb, ona görə də tikinti materialları bazarında aktivlik çox aşağı səviyyədədir. Son ayların rəqəmləri göstərir ki, qiymətlər də düşməyə meyillidir. Yəni, ötən ay az da olsa, 0,3 faiz qiymət azalması var idi, ondan əvvəl isə 1,1 faiz qiymət azalması müşahidə edilirdi\ .Ekspertin sözlərinə görə, bazardakı bu vəziyyət martın sonu, aprel aylarında düzələ bilər: \ Adətən tikinti bazarı canlanana qədər bu tendensiya davam edə bilər. Tikinti bazarı isə mart ayının sonu, aprel ayının əvvəllərindən canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır. Rusiyadan gələn tikinti materiallarında, həmçinin daxili istehsalda da müəyyən azalmalar müşahidə edilir. Bu da bazarın aktivliyinin aşağı düşməsi ilə bağlı olur, çünki qeyri-mövsümi aylarda tikinti sektorunda aktivlik aşağı düşür, tiikintinin həcmi azalır, ona görə də istehsal da zəifləyir\ . A.MUSTAFAYEV