Qiymətlər real deyil


Baxıldı : 276

Tarix : 2016-05-27 08:36:00


Qiymətlər real deyil\ Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər may ayında aprellə müqayisədə bir qədər azalıb\ . Bunu \ MBA Group\ konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2,24 faiz azalıb. Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 faiz aşağı düşüb.Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, hələ ilin əvvəlində paytaxtda daşınmaz əmlakın qiyməti ucuzlaşarkən bəzi \ makler-biznesmenlər\ bunu ev almaq istəyənlər üçün fürsət kimi göstərməyə çalışır və ilin ikinci rübündə bahalaşma olacağını elan edirdilər: \ Aprel-may aylarında Bakıda mənzillərin qiyməti əvvəlki mart ayı ilə müqayisədə 4 faiz aşağı düşüb. Öncədən proqnozlaşdırdığımız kimi, qiymət azalmaları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əməkhaqqı və gəlirlik səviyyəsini nəzərə alsaq qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əməkhaqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil. Bu baxımdan düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var\ . Cavid SƏFƏROV