Qiymətlərin azalması müşahidə ediləcək


Baxıldı : 157

Tarix : 2016-10-21 04:42:00


Ölkənin mənzil və kirayə bazarında gözləntilər bir-birindən kəskin fərqlənir. Bəzi ekspertlər qiymətlərin artacağını proqnoz etsələr də, bəziləri isə əksini düşünür. Mənzillərin bahalaşması deyilsə də, ekspertlər rəsmi məlumatların reallıqla uzlaşmadığı qənaətindədirlər.\ MBA Group\ şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, Bakıda ilkin daşınmaz əmlak bazarında qiymətlər avqust ayındakı qiymətlərlə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb. Ekspert qeyd edib ki, manatla ifadədə isə artım 2,76 faiz təşkil edib, həmçinin təkrar daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunub: \ Ötən ay avqust ayı ilə müqayisədə dollar ekvivalentində artım 3,77 faiz, manatla ifadədə isə 2,11 faiz olub. Buna baxmayaraq, daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ davam edir. Kommersiya obyektləri bazarında avqust ayı ilə müqayisədə sentyabrda qiymətlər dollar ekvivalentində 4,96 faiz, manatla ifadədə isə 6,48 faiz azalıb. Torpaq bazarında da müvafiq olaraq 0,83 faiz və 2,42 faiz azalma var. Mənzillərin kirayəsi bazarında azalma sentyabr ayında avqust ayı ilə müqayisədə dollarla ifadədə 8 faiz, manatla ifadədə isə 9,4 faiz təşkil edib. Kommersiya obyektlərinin kirayə bazarında isə müvafiq göstəricilər 4,28 faiz və 2,73 faiz azalıb\ .Ekspert Ramil Osmanov isə açıqlamasında deyib ki, hazırda daha çox paytaxtın kirayə bazarında vəziyyət mövsümi xarakter daşıyır: \ Ayın sonunda kirayə bazarında qiymət dəyişmələri bitəcək. Vəziyyət stabilləşəcək. İndiki psixoloji məqam da bazara təsir göstərir. Bütövlükdə maliyyə bazarlarında baş verən proseslər digər bazarlara da təsir edir. Bu baxımdan mənzil bazarında, xüsusilə kommersiya obyektlərində bazarın tələbləri nəzərə alınır. Düşünürəm ki, ilin sonuna doğru bazarda müəyyən canlanma ola bilər. Buna baxmayaraq, qiymət dəyişməsinə müsbət formada təsir göstərməyəcək. Qiymətin daha çox azalması müşahidə ediləcək\ .Proqnozlara görə isə, gələn il Azərbaycanda avtomobil bazarında bahalaşma, mənzil və torpaq sahələrinin qiymətində ucuzlaşma gözlənilir. Yerli analitika qrupu hesab edir ki, gömrük rüsumlarının son artımı avtomobillərə də aid ediləcək. Dolların məzənnəsinin artması digər idxal olunan məhsullar kimi avtomobillərin də qiymətinə təsir göstərəcək.Daşınmaz əmlakın qiymətində isə 2017-ci ildə geriləmə gözlənilir ki, bunun da əsas səbəbi əhalinin real gəlirlərinin azalması ilə bağlıdır: \ Belə ki, idxal mallarının manat ekvivalentində bahalaşması, kommunal xərclərin artması əhalinin real gəlirlərini azaldır. Gələn ilin büdcəsində dövlət əsaslı investisiya qoyuluşlarının azalması nağd pul kütləsi ilə bərabər iqtisadi artıma da mənfi təsir edəcək\ . CAVİD