Qiymətli hədiyyələr və gül dəstələri


Baxıldı : 174

Tarix : 2020-03-14 17:39:42


Martın 6-da Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur. Tədbirə dəvət edilmiş ilk təşkilat sədri olan qadınları Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov təbrik etdi, onlara ən xoş arzularını bildirdi. O, tədbir iştirakçılarına sahə həmkarlar ittifaqlarının qadın işçilərə göstərdiyi qayğıdan və onların problemlərinin həlli yolunda görülən işlərdən danışdı. Sonra hər birinə qiymətli hədiyyə və gül dəstəsi təqdim olundu.

 

İlahə HƏMİDOVA,

Sahə HİRK-in Gender Bərabərliyi və Qadın

Problemləri üzrə Komissiyasının sədri