Qiymətli sırğalar hərraca çıxarılıb


Baxıldı : 102

Tarix : 2017-04-14 22:34:29


Sotheby's satış evi sırğa formasına salınmış iki nadir brilyantı hərraca çıxarıb. Rusiyanın NTV telekanalının verdiyi məlumata görə qiymətli daşlardan biri "Mavi Apollon" (14,5 karat), digəri isə "Çəhrayı Artemida" (16 karat) adlanır. Onlara qədim yunan allahlarının adı təsadüfən verilməyib. Hərrac evinin nümayəndələri bildirirlər ki, bu daşlar öz nadir rənginə və təmizliyinə görə, dünyanın ən gözəl brilyantlarından hesab olunur.

Brilyantlara sırğa forması verilsə də, onlar ayrı-ayrılıqda satılacaq. İki lotun start qiyməti 68 milyon dollar təşkil edir.

 

A. Mustafayev