Qızıl medal qazanıb


Baxıldı : 82

Tarix : 2018-08-17 20:57:39


“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Zaur Nuriyev Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turnirində birinci yeri tutub. Cəmiyyətin yetirməsi 63 kq. çəki dərəcəsində mübarizə aparıb. Yunan-Roma güləşi üzrə yarışda bütün rəqiblərini məğlub edib və qızıl medal qazanıb. Məşqçi-müəllimi Sənan İsgəndərovun rəhbərliyi altında turnirə hazırlaşan gənc idmançının arzusu ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmək, vətənə qalib kimi dönməkdir.