Qlobal çərçivədə razılaşma imzalandı


Baxıldı : 25

Tarix : 2018-11-08 06:47:15


Oktyabrın 21-25-də Brüssel şəhərində BWİ və İndustri- ALL həmkarlar ittifaqlarının maliyyə dəstəyi ilə Konqres keçirilib. Konqres çərçivəsində “Lafarge Holcim” Qruplar Birliyi Həmkarlar İttifaqları sədrlərinin görüşü təşkil olunub. Görüşdə “İnşaat-İş” Həmkarlar İttifaqının xidmətində olan “Lafarge Holcim” (Azərbaycan) ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Mübariz Məmmədov iştirak etdi.

Konqresdə sosial danışıqlar, əməyin mühafizəsi, subkontrakla çalışan işçilərin hüquqlarının qorunması haqqında danışıldı və bu barədə geniş müzakirələr aparıldı. Qərara alındı ki, tədbirdə qaldırılan problemlər “Lafarge Holcim”in İdarə Heyətinə təqdim olunsun və qlobal çərçivədə razılaşma imzalansın.