Qlobal Saziş prinsipləri


Baxıldı : 446

Tarix : 2016-11-23 16:09:48


Oktyabrın 30-da Azərbaycan - Türkiyə İş Adamları Birliyinin konfrans zalında \ İqtisadi Resursların Öyrənilməsi\ İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə \ Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi\ layihəsi çərçivəsində biznes nümayəndələri üçün seminar-treninq təşkil olunub. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur. Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisi, \ İqtisadi Resursların Öyrənilməsi\ İctimai Birliyinin sədri Ruslan Atakişiyev açıb. O, BMT-nin Qlobal Saziş təşəbbüsü haqqında iştirakçılara məlumat verib. R.Atakişiyev bu şəbəkənin dünyanın ən böyük könüllü qrupu olduğunu bildirib: \ Belə ki, şəbəkəyə dünyanın 161 ölkəsindən 13 mindən çox kommersiya qurumu, universitet, ictimai təşkilat qoşulub. Azərbaycanda isə bu təşəbbüs 2011-ci ilin noyabr ayından rəsmi şəkildə fəaliyyətə başlayıb. Qlobal Saziş təşəbbüsü bütün şirkətləri 4 başlıca istiqaməti özündə ehtiva edən 10 prinsip üzrə - insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə çağırır\ . Sonra seminar-treninqdə Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Xəyalə Məmmədova çıxış edib. O, insan hüquqları, ətraf mühitin qorunması sahəsində olan işlər barəsində danışıb.İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse -prezidenti, Beynəlxalq Mühasibatlıq üzrə ekspert Radil Fətullayev əmək normaları, korrupsiya əleyhinə mübarizə vasitələri haqqında məruzəni təqdim edib. Qeyd edək ki, tədbir iki gün davam edəcək.A.MUSTAFAYEV