QORUNMAYAN ƏMANƏTLƏRİN TALEYİ NECƏ OLACAQ?


Baxıldı : 122

Tarix : 2016-10-28 02:44:00


Ölkədə bir neçə bankın bağlanmasından sonra buradakı əmanətlərin geri götürülməsi və bu prosesin qarşıdakı müddətdə maliyyə sektoruna hansı təsir göstərəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, bəzi hallarda vətəndaş xarici valyuta, xüsusən də dollarla qoyulan vəsaitlərin milli valyutada qaytarılmasından narazılıq edir: \ Bu, əsasən məzənnə ilə bağlıdır. İnsanlar banka dollarla əmanət qoyur, amma bank həmin əmanəti aşağı faizlə manatla qaytarır. Əmanətçi pulu yenidən dollara çevirib banka qoyarsa, təxminən 3-5% itirmiş olur. Yəni 1000 dollar təxminən gəlib çıxır 950 dollara. Bu hallar bank sisteminə etibarı azaltmış olur\ .Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunmayan əmanətlərdən danışan ekspert bildirdi ki, bu, artıq bankın maliyyə vəziyyətindən asılı olaraq müəyyənləşdirilir: \ Sığortalanmayan əmanətlərin hansısa bir hissəsi və yaxud da hamısı qaytarıla bilər. Bu, artıq asılıdır həmin bankın vəziyyətindən. Sadəcə, insanlar pul qoymaq üçün bank seçəndə diqqətli olmalıdırlar. Daha çox əmanət cəlb etmək üçün bəzi banklar yüksək faizli reklamlar verə bilər. Amma insanlar nəzərə almalıdırlar ki, 12 faizə qədər olan əmanətlər sığortalanır\ .S.Əliyevin sözlərinə görə, bank işçisinin müştəriyə əmanətin sığortalanıb-sığortalanmaması haqda məlumat verməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: \ Sonradan peşiman olmamaq üçün müştəri müqaviləni oxumalıdır. Müqavilədə göstərilməlidir ki, yatırılan əmanət sığortalanır, ya yox. Göstərilməsə, bank məsuliyyət daşıyır\ . Bağlanan banklar tərəfindən verilən kreditlərin geri alınması məsələsinə də toxunan ekspert dedi: \ Lisenziyası ləğv edilmiş, yəni fəaliyyətini dayandırmış banklara müvəqqəti inzibatçı təyin edilir və bankın ləğvedilmə və borclandığı şəxslər, eləcə də müştəriləri ilə üzülüşmə prosesi başlayır. Depozitlər sığortalıdırsa, pul Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşa qaytarılmalıdır\ . Bankda xarici valyutada olan pulların geri qaytarılarkən ödənilmə məzənnəsini Mərkəzi Bank müəyyən etməlidir.ALİYƏ