İqtisadiyyatın təməli


Baxıldı : 208

Tarix : 2016-06-10 06:50:00


Ölkə başçısının magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qərarı elmin inkişafına təkan verəcək. Yeni qərar magistr və doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcək.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyinə həsr olunan konfransda bu haqda danışıb. Bildirib ki, hazırda tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərar magistr və doktorantlar arasında oğlanların sayını artıracaq və fasiləsiz təhsili təmin edəcək. AMEA-nın prezidenti Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyin üstünlüklərindən danışıb. Bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm, təhsil mərkəzlərinə çevriləcək.Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesin uğur qazanmayacağını qeyd edib. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb. Tədbirdə həmçinin bildirilib ki, o ölkə rəqabət sistemində üstünlüyə nail ola bilər ki, orada bilik iqtisadiyyatı öz əksini tapsın. Gələcək iqtisadiyyatın təməli elm və təhsilin vəhdətindədir. Akademik təhsillə biznes biliklərinin birləşməsi iqtisadi dinamikaya gətirib çıxaracaq. Elmi tədqiqatla məşğul olan müəllim iqtisadiyyatda gedən prosesləri daha yaxşı görə bilir.Cavid SƏFƏROV