Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq


Baxıldı : 189

Tarix : 2016-09-02 04:07:00


Bu il Qurban bayramı sentyabrın 12 və 13-də qeyd olunacaq. Bu, Nazirlər Kabinetinin \ 2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında\ qərarında əksini tapıb. Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Sentyabrın 12-si birinci, 13-ü isə ikinci günə təsadüf etdiyindən ardıcıl 4 gün - sentyabrın 10-u (şənbə), 11-i (bazar), 12-si və 13-ü iş olmayacaq.