Rəsm sərgisi keçirilib


Baxıldı : 195

Tarix : 2016-10-21 04:34:00


Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş \ Azərbaycan mədəniyyətinin gənc rəssamlar tərəfindən təsviri\ adlı rəsm sərgisi keçirilib. Tədbiri BDU THİK-in sədri Daşqın Qənbərov giriş sözü ilə açaraq müstəqillik tariximizdən danışıb. Layihənin rəhbəri, coğrafiya fakültəsinin IV kurs tələbəsi Aytən Kazımova gənc nəslin müasir tariximizi bilməklə yanaşı, tarixi abidələrimizi və mədəniyyət nümunələrimizi də dərindən tanımalı olduğunu bildirib. Təşkil olunan layihənin bu məqsədə xidmət etdiyini deyib. Sərgidə 25-dən artıq rəsm əsəri nümayiş etdirilib. Sonda seçilən ən yaxşı üç rəsm əsəri mükafat və diplomlarla təltif olunub.Azər MUSTAFAYEV