Çörəyin qiymət artımı yenidən gündəmdə


Baxıldı : 218

Tarix : 2016-07-22 01:08:00


İyun ayında regionlarda havaların qeyri-sabit keçməsi və kənd təsərrüfatına ciddi zərərlər vurması bu il proqnozlaşdırılan həcmdə taxıl istehsalının əldə olunmasına imkan verməyə bilər. Bu isə idxal olunan taxılın həcminin artmasına səbəb olacaq. Məsələ ondadır ki, taxıl istehsal edən ölkələrdə, Azərbaycanın əsas tərəfdaşı Qazaxıstanda taxılın qiymətinin artması göslənilir. Artıq son bir həftə ərzində dünya bazarında buğdanın qiymətində artım baş verməkdədir. Ekspertlət hesab edirlər ki, bu faktor ölkəmizə də təsirsiz ötüşməyəcək. Hətta bəzi rayonlarda unun pərakəndə satış qiymətinin artması hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə daxili bazarın qorunması, unun və çörəyin qiymətinin artmasına qarşı tədbirlər görüldüyünü bildirir. Xidmətin rəisi Zahid İsayev qeyd edib ki, hazırda bazarda təhlillər aparılır. İndiyədək buğdanın qiymətində artım təsdiq olunmayıb. Amma Dövlət Xidmətinə müəyyən siqnallar daxil olur. Qiymət artımı əsasən xırda müəssisələrdə baş verə bilər. Bu obyektlər kiçik olduğundan və onların istehsal etdiyi məhsullar geniş olmayan ərazilərdə satışa çıxarıldığından, həmin müəssisələrin çörəkləri və unları ümumi bazarda xüsusi çəkisi böyük deyil. Ona görə də buğdanın qiymətinə daim nəzarət ediləcək və gələcəkdə ola biləcək artımlar unun və çörəyin qiymətinə təsir edərsə, müvafiq orqanlar tərəfindən çörəyin qiymətinin artmasının qarşısını almaq üçün tədbirlər görüləcək. ELBRUS