Radiasiyadan qorunmağın yolları


Baxıldı : 101

Tarix : 2017-04-28 23:55:35


İndi demək olar ki, bütün evlərdə mobil telefon, kompüter və sairə var. Hər kəs bu və ya digər dərəcədə elektromaqnit və radiasion şüalanmaya məruz qalır. Kiçik dozalarda şüalanma sağlamlıq üçün o qədər də təhlükəli deyil, lakin alimlər uzun müddət davam edən hətta çox kiçik dozalı şüalanmaların orqanizmə xüsusilə ziyanlı təsir göstərərək hüceyrələrdə genetik dəyişikliklərə, bədxassəli törəmələrin inkişafına, maddələr mübadiləsi pozğunluğuna, erkən qocalmaya, ömrün qısalmasına səbəb olduğunu söyləyirlər. Radiasiyadan qorunmağın ən gözəl yolu radiasion fon olan mühitdən uzaqlaşmaq, onun orqanizmə zərərverici təsirini aradan qaldırmaq üçün  qida rasionuna fikir verməkdir.

Radiasiyadan qoruyan ən yaxşı qidalar tərkibində iri və kobud toxumalar olan məhsullardır. Onlar kimyəvi radioaktiv maddələrlə birləşərək yeni toksiki maddələr əmələ gətirir və həmin maddələr orqanizmdən asanlıqla xaric olur. Radionukleotidlərdən uzaq olmaq üçün qida rasionuna mütləq düyü, kök və turp əlavə etmək lazımdır. Meyvə və tərəvəzlər təmiz yuyulmalı və 0,5 santımetr dərinliyində soyulmalıdır.

 

Azər Mustafayev