Ratifikasiya üçün kampaniya


Baxıldı : 325

Tarix : 2016-11-04 05:13:00


Çilidə son dövrlərdə artan mədən qəzaları həmkarlar ittifaqı təşkilatlarını hərəkətə keçirib. Ölkənin Milli Geologiya və Mədən Xidməti Nazirliyi yaydığı hesabatda 2016-cı ilin ilk 6 ayında baş verən 6 mədən qəzası nəticəsində bədbəxt hadisələrin və təhlükəsizlik qaydalarında ciddi problemlərin olduğunu qeyd edib. Beynəlxalq Əmək Təşkilatının (BƏT) mədən sənayesində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına dair 176 nömrəli konvensiyası 31 ölkə tərəfindən ratifikasiya olunsa da, Pakistan, Çin, Çili kimi sənaye ölkələrində tətbiqi həyata keçirilmir. İndustriALL Qlobal İttifaqı qeyd olunan konvensiyanın ratifikasiyası üçün təşviqat kampaniyası keçirir. Bu konvensiya sağlam və ləyaqətli işgüzar şəraitin təmin olunmasına şərait yaradır. Həmçinin işçiyə riskli hesab etdiyi işdən imtina etmək və müstəqil təhlükəsizlik nümayəndələrini seçmək imkanı verir.Çilinin İndustriALL-a daxil olan həmkarlar ittifaqı təşkilatları təşviqat kampaniyasına qoşulub. Təşkilatlar çoxalan mədən qəzalarının qarşısını almaq üçün 176 nömrəli sənədin ratifikasiyası ilə bağlı Əmək Nazirliyinə müraciət edib. İndustriAll Qlobal İttifaqının Latın Amerikası və Karib dənizi ölkələri üzrə regional katibi Yorge Almeyda məsələ ilə bağlı bildirib ki, BƏT-in 176 nömrəli Konvensiyasının Çilidə təsdiqlənməməsinı anlamaq qeyri-mümkündür: \ İşçilərin təhlükəsiz iş yeri və əmək şəraitinin təmin olunmasını tələb etmək hüququ vardır. Bu onların fəaliyyəti üçün vacibdir. İşəgötürənlər isə konvensiyanın tələbinə uyğun işgüzar şərait yaratmağa cavabdehdir. Çünki istənilən vəziyyətdə işçilərin sağlamlığı hər şeydən önəmlidir\ .Cavid SƏFƏROV