Razılaşma əldə edilməsə


Baxıldı : 39

Tarix : 2017-08-18 23:34:28


Cənubi Koreyanın 1 nömrəli avtomobil istehsalçısı olan "Hyundai Motor Co."nun işçiləri birdəfəlik mükafat ayrılması və təhlükəsizlik tədbirlərinə daha çox diqqət yönəldilməsi tələbi ilə rəhbərliyə müraciət edib. Ölkənin Həmkarlar İttifaqları Konfedersiyası tələblərinə əməl olunmayacağı təqdirdə tətil keçirəcəklərini açıqlayıb. Qeyd edilib ki, rəhbərliyə cavab üçün bir həftə vaxt verilib: "Razılaşma əldə edilməsə, həftənin müəyyən olunmuş günlərində tətil keçiriləcək. Bu zaman da rəhbərlik danışıqlara diqqətlə yanaşmasa, uzunmüddətli tətillərə başlanılacaq. 2016-cı ildə şirkət həm yetərli satışa nail olmuş, həm də səhmlərin dəyəri artmışdır. Çalışanlar qazancın 30 faizə qədərinin birdəfəlik maaşlara əlavə edilməsini və təhlükəsizlik tədbirləri daxilində bəzi texniki çatışmazlıqların aradan qaldırılmasını istəyirlər".

Şirkət rəhbərliyi işçilərin maaşlarının iki misli nisbətində mükafat verməyi qəbul edib. Lakin Avropa və Amerika avtomobil bazarında satışların yetərli səviyyədə olmadığını səbəb kimi göstərərək tələb olunan miqdarı ödəyə bilməyəcəyini deyib.

Cavid SƏFƏROV