“Razılıq əldə olunmasa tətillərimiz davam edəcək”


Baxıldı : 150

Tarix : 2017-01-06 21:56:46


ABŞ-da Kaliforniya Universitetinin texniki işçi heyəti rəhbərliklə yeni əmək müqaviləsinin imzalanması ilə bağlı razılıq əldə olunmadığından 5 günlük tətil keçirəcək.  Yerli Sürücülərin Həmkarlar Birliyinin (YSHB) təşkil etdiyi tətil bir neçə  günə başlayacaq. Kaliforniya Universitetinin mətbuat xidmətinin rəhbəri Rebeka Kendall tətil zamanı  universitetin yeməkxana və tibb məntəqəsinin işləyəcəyini bildirib.

YSHB və universitet rəhbərliyi ötən ilin avqust ayında danışıqlara başlasa da, razılıq əldə olunmayıb. Belə ki, birliyin maaşların 26 faiz artırılması tələbi rədd edilib. Yeni təklif isə əməkhaqqının ilkin olaraq 20 faiz, növbəti ildə isə daha 4 faiz artırılması olub.  Universitet rəhbərliyi isə önümüzdəki 5 il ərzində yalnız 12-18 faiz artım olacağını bildirərək, YSHB-ni bu təklif əsasında razılığa gəlməyə və tətili dayandırmağa çağırıb.

Təklifi rədd edən YSHB-nin mətbuat xidmətindən bildirilib ki, universitetin texniki işçilərinin aldıqları maaş yaşayış minimumu ilə ayaqlaşmır və tələb etdiyimiz artım həyata keçirilməlidir, razılıq əldə olunmasa tətillərimiz davam edəcək.

 Cavid  SƏFƏROV