Razılıq əldə olunmazsa


Baxıldı : 80

Tarix : 2017-05-13 02:31:00


Almaniyada "İG Metal" həmkarlar ittifaqı "Tesla Qrohman" mühəndislik şirkətində çalışan üzvlərinin tətil keçirəcəyini bildirib. İttifaqdan verilən açıqlamada ötən ilin noyabr ayından bu yana şirkətdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə ayrılan maliyyənin 30 faiz azaldılması işçiləri tətilə sövq edir: "Mayın 15-də məsələ ilə bağlı dəyirmi masa təşkil olunacaq və razılıq əldə olunmasa, ittifaq tətil çağırışı edəcək. "Tesla Qrohman" şirkəti isə iddiaları təkzib edib. Qurumun təmsilçisi mətbuata açıqlamasında həmkarlar təşkilatlarının vasitəçiliyi olmadan danışıqları birbaşa işçilərlə aparmaq istədiklərini bildirib. O qeyd edib ki, hər hansı tətil planı onların iş prinsipinə ciddi təsir etməyəcək.

Mərkəzi Amerikada yerləşən "Tesla”  şirkəti ötən ilin noyabrında “Qrohman” şirkətinin hissələrini satın alıb. İşçilərlə yaranan anlaşılmazlıq da şirkət tarixində birinci deyil. Elektrik enerjisi ilə çalışan avtomobillərin istehsalı ilə məşğul olan şirkət "Model S" markasının istehsalı zamanı içilərin tətil keçirməsi ilə əlaqədar işə yarımillik gecikmə ilə başlamışdı. 2016-cı ildə "Model 3" markasının istehsal planına illik 80-90 min avtomobil istehsalı nəzərdə tutulsa da, tətillərlə əlaqədar 76230 avtomobil istehsal olunmuşdu.

Qeyd edək ki, şirkətin Kaliforniya Fermontda yerləşən mərkəzi fabrikində də çalışanlar ağır iş şəraiti və normadan artıq iş saatının tətbiqi ilə əlaqədar birlik qurmaq istəyirlər.

 

Cavid Səfərov