Referendumun yekun nəticələri açıqlandı


Baxıldı : 177

Tarix : 2016-09-30 04:43:00


Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb.MSK sədri Məzahir Pənahov sentyabrın 27-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb.Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib.